• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Stiven Cerrard “Liverpul”u tərk edir

  • İdman
  • 2 Yanvar 2015 15:29
  • 330 Baxış
Stiven Cerrard “Liverpul”u tərk edir

“Liverpul” futbol klubunun rəsmi saytında Stiven Cerrardın klubu tərk etməsi haqda məlumat yayılıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, yarımmüdafiəçi cari mövsümdə müqaviləsi bitdikdən sonra komandanı tərk edəcək.

34 yaşlı ingilis futbolçunun karyerasını harada davam etdirəcəyi haqda məlumat verilmir. Sadəcə məlumdur ki, Cerrard İngiltərə çempionatında çıxış etməyəcək.

KİV-in verdiyi məlumata görə, Cerrard Şimali Amerika futbol liqasına gedə bilər. Hazırda, yarımmüdafiəçi “Nyu-York Redd Bulls” komandasına maraq göstərir.

Qeyd edək ki, Cerrard “Liverpul” sisteminə 18 yaşındaykən gəlib.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR