Mahir Şükürovun vəzifəsində dəyişiklik edildi – Bu bir yenilikdir
Bizi izləyin

İdman

Mahir Şükürovun vəzifəsində dəyişiklik edildi – Bu bir yenilikdir

Türkiyənin "Karşıyaka" klubunda forma geyinən milli komandamızın futbolçusu Mahir Şükürov yeni mövqedə sınaqdan keçiriləcək.

Publika.az-ın məlumatına görə, yanvarın 4-də I Liqada lider "Kayserispor"la vacib görüşdə Şükürov dayaq yarımmüdafiəçisi kimi oynayacaq.

Bu barədə qərarı baş məşqçi Yusuf Şimşək danışıb.

Şimşəki bu addımı atmağa Cenkin cəzalı, Mehmet Yigidin isə zədəli olması vadar edib. O, stopper mövqeyində Yenal və Mehmet Ayazı da sınaqdan keçirib. Lakin baş məşqçi Şükürova güvənməyi qərara alıb. Həmyerlimiz Ramazan Salla birgə dayaq yarımmüdafiəçisi kimi oynayacaq.

Qeyd edək ki, "Karşıyaka" - "Kayserispor" matçı Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm