Əfsanələr ora toplaşacaq - Açılışda prezident və baş nazir oacaq
Bizi izləyin

İdman

Əfsanələr ora toplaşacaq - Açılışda prezident və baş nazir oacaq

Əfsanələr Türkiyəyə toplaşır. Konya şəhərində tikilən yeni stadionun açılışında iştirak etmək üçün əfsanəvi futbolçular - Ronaldo, Zinəddin Zidan və Luiş Fiqo Türkiyəyə gedəcək.

Publika.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Açılış mərasiminin hazırlığını Konya bələdiyyəsi həyata keçirir. Stadionun açılış mərasimi məşhur idman kanalı "Eurosport" tərəfindən canlı şəkildə yayımlanacaq. Açılış matçında topa ilk zərbəni Türkiyə prezidenti Recep Tayyip Erdoğan və baş nazir Ahmet Davutoğlu vuracaq.

Məlumata görə, Türkiyəyə səfər edəcək qonaqlar arasında UEFA prezidenti Mişel Platini də olacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm