Məşqçisi olimpiya çempionu Toğrul Əsgərovu bağışladı, amma bir şərtlə...
Bizi izləyin

İdman

Məşqçisi olimpiya çempionu Toğrul Əsgərovu bağışladı, amma bir şərtlə...

Ötən ilin əvvəllərində olimpiya çempionumuz Toğrul Əsgərovun şəxsi məşqçşisi “Şöhrət” ordenli məşqçi Elçin Zahidovla küsülü olması barədə məlumat vermişdik. Elçin Zahidovun özü də mətbuata müsahibəsində tələbəsini olimpiya çempionu olandan sonra “göylə aparmaq”da ittiham etmişdi.

Toğrulun nənəsi Aləmzər nənə də saytımıza açıqlamasında belə demişdi:

“Təbii ki, biz də istəyərik ki, onların münasibətləri düzəlsin. Belə olmasını biz də istəmirik. Toğrul hazırda Gürcüstandadır. O gələndən sonra özü bu barədə ətraflı məlumat verər”. (http://publika.az/p/3246)

Publika.az-ın əldə etdiyi məlumata görə, məşqçi və tələbə arasındakı münasibətlər düzəlib.

Toğrulun adını vermək istəməyən yaxınlarından birinin verdiyi məlumata görə, idmançı səhvini anlayaraq məşqçisindən üzr istəyib. Məşqçi Elçin müəllim də onu bağışlayıb. Amma şərt qoyub ki, o idmanına diqqət etsin. Toğrul artıq idmanını nizam intizamla yerinə yetirəcəyini, həm millinin məşqlərinə, həm də şəxsi məşqlərinə diqqət edəcəyinə söz verib.

Bundan sonra olimpiya çempionumuzu beynəlxalq turnirlərdə görə bilərik.

Xatırladaq ki, son zamanlar Toğrul Əsgərovun yoxluğu müəyyən dedi-qodulara səbəb olmuşdu. Belə ki, Toğrulun artıq idmandan getdiyi barədə iddialar ortaya atılmışdı. Növbəti dəfə də onun millidən uzaq qalması, yarışlarda iştirak etməməsi Toğrulun idmandan uzaqlaşması ilə bağlı şayiələri ortaya atmışdı.

Ancaq Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev məsələyə belə aydınlıq gətirmişdi:

“Toğrul yayda dizindən əməliyyat olunmuşdu, buna görə də o, indi bərpa prosesi keçir”.(http://publika.az/p/3076 )

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm