Neftçi Matias Kamposla maraqlanır
Bizi izləyin

İdman

Neftçi Matias Kamposla maraqlanır

Çilinin “Union Espanyol” klubunun yarımmüdafiəçisi, müqavilə ilə İspaniyanın “Qranada” klubuna məxsus olan Matias Kampos karyerasını Azərbaycanda davam etdirə bilər.

Bu barədə İspaniyanın “ideal.es” portalı məlumat yayıb. Məlumatda bildirilir ki, M.Kamposla Azərbaycanın “Neftçi” klubu ilə yanaşı, Çilinin “Palestino” komandası da maraqlanır.

25 yaşlı futbolçu İtaliyanın “Udineze”, “Syena”, həmçinin İspaniyanın “Erkules” klublarında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm