Tək ayaqlı qaydasız döyüşçü -FOTOLAR
Bizi izləyin

İdman

Tək ayaqlı qaydasız döyüşçü -FOTOLAR

27 yaşlı amerikalı Kristofer Melendez İraqda hərbi xidmət keçirdi.

Evə getməyinə cəmi 23 gün qalmış ayaqlarının altında əldəqayırma mina partladı. Gənc əskər uzun müddət hospitalda müalicə olundu. Ayağnın birini həkimlər amputasiya etdi.

Lakin Kristofer ruhdan düşmədi. Protez ayaqla hərəkət etməyi öyrəndi.

2012-ci ildə, tam bərpa olunandan sonra gərgin məşqlərə başladı. Uşaqlıqdan arzusu amerikalıların sevimli idman növü olan reslinqdə çıxış etmək idi.

Reslinq güləş olsa da əslində qaydasız döyüşü xatırladan sərt idman növüdür.

Hazırda Kristofer reslinq yarışlarında uğurla iştirak edir.

Publika. Az tək ayaqlı döyüşçünün fotolarını təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm