“Liverpul”un kapitanını “Real”da görmək istəyirlər
Bizi izləyin

İdman

“Liverpul”un kapitanını “Real”da görmək istəyirlər

“Liverpul”un rəmzinə çevrilən Stiven Cerrardın mövsümün sonunda klubdan ayrılacağını xəbər vermişdik. Onun bir çox məşhurlar kimi MLS-ə üz tutacağı gözlənilir.

Publika.az xəbər verir ki, “Qırmızılar”ın kapitanı “Los Anceles Qeleksi”ylə 18 aylıq müqavilə imzalamağa yaxındır. Keçidin 6 milyon dollara başa gələcəyi gözlənilir.

Xatırladaq ki, Stivinin “Liverpul”la anlaşmasının müddəti cari mövsümün sonunda başa çatacaq. Deyilənə görə, rəhbərliyin 34 yaşlı yarımmüdafiəçiylə əvvəlki şərtlərlə müqavilə bağlamaq istəməməsi onu özünə yeni iş yeri axtarmağa məcbur edib.

Cerrarda Avropa klubları da maraq göstərir. Hətta onların arasında “Real” da var.

“Kral klubu”nun sabiq əfsanəvi futbolçusu Zinəddin Zidan onu “Real”ın heyətində görmək istədiyini deyib. Onun sözlərinə görə, Madrid klubu əvvəllər iki dəfə “Liverpul”un kapitanını transfer etməyə cəhd göstərsə də, buna nail olmayıb. Cerrard özü doğma klubunu tərk etmək istəməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm