“İnter” dünya çempionuyla gücləndi
Bizi izləyin

İdman

“İnter” dünya çempionuyla gücləndi

Yanvar ayının ilk səs-küylü transferi dünən reallaşıb.

Publika.az xəbər verir ki, Lukaş Podolski “Arsenal”ı “İnter”ə dəyişib. Heç də yaxşı günlərini yaşamayan Milan klubunun heyətini dünya çempionuyla gücləndirməsi baş məşqçi Roberto Mançinin hücum xətindəki problemini həll edə bilər. Məsələ burasındadı ki, Podolski ampluaca forvard olsa da, həm Almaniya millisində, həm də “Arsenal”da oynadığı müddətdə hücumların təşkiliylə məşğul olub və bu istiqamətdə yetərincə püxtələşib.

“İnter”in məhz bu yöndə axsadığını nəzərə alsaq, pis seçim deyil. Onsuz da Lukas London klubunda yetərincə oyun praktikası qazanmırdı. Bu keçid hər iki tərəfə faydalı ola bilər. Icarə əsasında olsa belə.

Dünən axşam Milana təşrif buyuran alman futbolçu transferiylə bağlı açıqlama verməyə də imkan tapıb:

“İrəli “İnter”! Burada unudulmaz anlar yaşayacağımı indidən hiss edirəm. “İnter”li olduğum üçün özümü xoşbəxt hiss edirəm. Azarkeşlər tərəfindən belə isti qarşılanacağımı gözləmirdim. Roberto Mançiniylə görüşdüm. Əla mütəxəssisdi. A seriyası haqda onu bilirəm ki, çətin liqadı. “İnter”in Çempionlar Liqasına düşməsi üçün əlimdən gələni edəcəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm