Ramin Musayev: “O vaxt bizi nə söydülər, nə də döydülər”
Bizi izləyin

İdman

Ramin Musayev: “O vaxt bizi nə söydülər, nə də döydülər”

Ramin Musayev: “O vaxt bizi nə söydülər, nə də döydülər”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fevralın 9-da Lənkəranda keçirilən “Xəzər Lənkəran”-“Neftçi” oyununda yaşanan qalmaqladan danışıb.

Publika.az xəbər verir ki, "İnterAz" televiziyasında yayımlanan "Arena" verilişinin qonağı olan Musayev Azərbaycan futbolunun son vəziyyəti barədə də fikirlərini bildirib.

“ Böyük oyun" barədə danışan PFL prezidenti həmin görüşdə Rəhim Həsənovun səhv etdiyini, lakin qərəzli olmadığını dilə gətirib:

"Səhv hər kəsdə var. Rəhim Həsənov da həmin oyunda səhv etmişdi, amma qərəzlilik məsələsindən söhbət belə gedə bilməz".

Ramin Musayev azarkeşlərin stadionda təhqiramiz sözlər işlətməsinə münasibət bildirərək bunun yolverilməz olduğunu bildirib:

"Bu halı qəbul etmək olmaz. "Mən vaxtilə "Neftçi"də işləyəndə 11-ci saniyədə "Xəzər-Lənkəran"a qol vurmuşduq. O vaxt bizi nə söydülər, nə də döydülər. İndi isə azarkeşlər heç də lazım olmayan ifadələr işlədirlər. Ona görə də komandalar fan klublarla daha sıx işləməlidir və buna yol verən azarkeşləri bu fikirdən daşındırmalıdırlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm