"Qalatasaray" "Beşiktaş"ı məğlub etdi
Bizi izləyin

İdman

"Qalatasaray" "Beşiktaş"ı məğlub etdi

Yanvarın 4-də Türkiyə Superliqasında 2015-ci ilin ilk oyunları start götürüb.

Publika.az-ın məlumatına görə, “Beşiktaş” öz meydanında “Qalatasaray”ı qəbul edib.

Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissənin ilk dəqiqələrində Melonun qolu ilə "Qalatasaray" 1:0 önə keçib. Oyunun 62-ci dəqiqəsində "Beşiktaş"ın azlıqa qalması isə qonaqların işinə yarayıb.

Qarşılaşmanın sonuncu dəqiqəsində isə Burak Yılmaz "Qalatasaray"ın qələbəsini təmin edib - 0:2.


“Beşiktaş” – “Qalatasaray” - 0:2
Qol: Melo, 50. Burak Yılmaz, 90.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm