“Real”la “Barselona” sözləşib?
Bizi izləyin

İdman

“Real”la “Barselona” sözləşib?

İspaniya La Liqasında 17-ci turun oyunları keçirilib. Bu tur iki əzəli rəqibin məğlubiyyətiylə yadda qalıb.

Dünən “Mestalya”da “Valensiya”nın qonağı olan “Real” iki fərqli hissə oynayıb. Fasiləyə minimal üstünlüklə yollanan “Kral klubu” ikinci hissədə “yarasalar”ın gözlənilməz təzyiqiylə üzləşib. Nəticədə meydan sahibləri yüksək əzmkarlıq göstərərək 3 xalı madridlilərdən qoparda bilib.

Daha sonra “Barselona” meydana çıxıb. Devid Moyesin çalışdırdığı “Real Sosyedad”ın qonağı olan kataloniyalılar “Real”a yaxınlaşmaq üçün əla fürsəti qaçırdıb. Bəxtsizlik elə ilk dəqiqələrdən başlayıb. Debütdə qeydə alınan avtoqol Luis Enrikenin yetirmələrini “sındırıb”. Qalan dəqiqələrdə “Barselona”nın futbolçuları nə qədər çalışsalar da, məğlubiyyətdən qaça bilməyiblər.

İspaniya La Liqası, 17-ci tur

3 yanvar

Atletiko - Levante 3:1

Qrizman, 18; 47. Qodin, 82 - El Zhar, 62.

Sevilya - Selta 1:0

Parexa, 32.

Elçe - Vilyarreal 2:2

Xonatas, 26. Rodriges, 35 - Vietto, 12. Ulçe, 17.

Deportivo - Atletik 1:0

Kavaleyro, 24.

Malaqa - Almeriya 1:2

Samuel, 73 - Hemed, 39; 76-p.

4 yanvar

Xetafe - Rayo Valyekano 1:2

Vaskez, 3 - Xosabed, 39. Baena, 64.

Valensiya - Real 2:1

Barraqan, 52. Otamendi 65 - Ronaldo, 14-p.

Espanyol - Eybar 1:2

Felipe, 80 - Moral, 34. Altub, 37.

Real Sosyedad - Barselona 1:0

Xordi Alba, 2-a/q.

“Kordoba” - “Qranada” matçı bu gün axşam keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm