“Rəvan”da qovulma-Bəhruz Şirəliyev işdən çıxarıldı-ÖZƏL
Bizi izləyin

İdman

“Rəvan”da qovulma-Bəhruz Şirəliyev işdən çıxarıldı-ÖZƏL

“Rəvan”da qovulma-Bəhruz Şirəliyev işdən çıxarıldı

“Rəvan”da növbəti qovulma baş verib. Ancaq bu dəfə baş məşqçini qovmayıblar. Klubda yüksək vəzifə tutan şəxsin Publika.az-a verdiyi məlumata görə, komandanın vitse-prezidenti Bəhruz Şirəliyev vəzifəsindən uzaqlaşdırılıb.

Bəhruz Şirəliyev “Rəvan”da əsas söz sahibi sayılırdı. Mətbuatda yayılan məlumatlara görə, “Rəvan”da baş verən ardıcıl məşqçi dəyişiklikləri məhz onun diqtəsilə gerçəkləşirmiş. Tez-tez baş verən məşqçi dəyişiklikləri komandanı uğursuzluq zolağına salıb.

Komandanın sahibi “Nurgün Motors” şirkətlər qrupunun prezidenti Nuru Əliyev bunun günahını Şirəliyevdə görərək onun qovulmasına qərar verib. Məsələyə Şirəliyevin də mövqeyini öyrənməyə cəhd etdik.

Telefon zəngimizə cavab verən Şirəliyev, sualımızı eşidən kimi “indi toplantıdayam, bir azdan zəng edin” deyib, telefonu qapatdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm