Güləşçilərimiz hazırlığa başladı
Bizi izləyin

İdman

Güləşçilərimiz hazırlığa başladı

2015-ci il Azərbaycan idmançıları üçün əlamətdar bir il olacaq. Məlum olduğu kimi, 12-28 iyun 2015-ci il tarixdə ölkəmizdə Avropa Oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, güləş üzrə yığma komandalarımız bu mötəbər beynəlxalq yarışa hazırlıqlara start verib. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığmalarımız ilin ilk təlim-məşq toplanışına başlayır.

Sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışında olacaq. Yanvarın 7-dən 24-dək davam edəcək təlim-məşq toplanışında böyüklərdən ibarət yığma komandadan 21, gənclərdən ibarət yığmadan 9 güləşçi iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri isə baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışında olacaq. Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı üç həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.

Təlim-məşq toplanışları başa çatdıqdan sonra güləş yığmalarımız Parisdə keçiriləcək “Qran Pri” turnirində ilin ilk sınağına çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm