İdman
“Çelsi”dən ikinci diviziona yollanmağa razı oldu
"Çelsi"nin qapıçısı Peter Çexin yeni klubu müəyyənləşib.
Publika.az xəbər verir ki, təcrübəli qolkiper mövsümün qalan hissəsini icarə əsasında İngiltərənin "Midlsbro" klubunda keçirəcək.
Məlumatı London klubunun baş məşqçisi Joze Mourinyo da təsdiqləyib:
"Çexi "Midlsbro"ya icarəyə verəcəyik. Bu klubda "Real"dakı köməkçim olan Aytor Karanka baş məşqçilik etdiyi üçün Çexin "Midlsbro"da oynamasını istəyirəm. Onlarla oyun üslublarımız oxşardır. Gənc futbolçuları da həmin kluba göndəririk. Çünki "Çelsi"də oynadıqdan sonra onların "Midlsbro"ya uyğunlaşması asan olur".
Dünyanın ən yaxşı qapıçılarından sayılan Çex üçün cari mövsüm yaxşı başlamadı. Gənc Tibo Kurtuanın gəlişindən sonra əsas heyətdəki yerini itirən çexiyalı qolkiper cari mövsümdə cəmi iki Premyer Liqa matçında forma geyinib.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...