“Ən gözəl hədiyyəmi qızımdan almışam”
Bizi izləyin

İdman

“Ən gözəl hədiyyəmi qızımdan almışam”

Bu gün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun doğum günüdür. İbrahimovun 32 yaşı tamam olur.

Biz də təbrik üçün onunla əlaqə saxladıq. Ad günündə Nurlanı iş başında yaxaladıq. Publika.az-a ad gününü necə qeyd edəcəyi ilə bağlı danışan İbrahimov ən qiymətli hədiyyənin müəllifinin adını da bizdən gizlətmədi:

“Bu gün qonaqlar bizə yığışacaq. Ad günümü evdə qeyd edəcəyik. Sabah isə dostlarla toplaşacağıq. Ad günümdə aldığım ən gözəl hədiyyə qızımın açıqçaya yazdığı “ad günün mübarək” mesajı olub”.

Biz də təbrikə qoşulur, Nurlan İbrahimova gələcək işlərində uğurlar arzulayırıq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm