• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Millimizin hücumçusuna qapını göstərdilər

  • İdman
  • 5 Yanvar 2015 21:09
  • 517 Baxış
Millimizin hücumçusuna qapını göstərdilər

"Sivasspor" rəhbərliyi 4 futbolçusu ilə yollarını ayırıb.

Publika.az xəbər verir ki, həmin futbolçular sırasında Azərbaycan millisinin hücumçusu Cihan Özkara da var.

Sivas təmsilçisinin baş məşqçisi Sərgən Yalçın komandasında görmək istəmədiyi 4 futbolçunun adını rəhbərliyə təqdim edib. Nəticədə Özkara ilə yanaşı, Ahmet Şahbaz, Berk Nəziroğluları və Makauli Krisantus komandadan göndərilib.

Komandadan gedəcək futbolçulara təşəkkür edən klubun prezidenti Məcnun Otyakmaz bunları deyib: "Komandadan ayrılacaq futbolçulara xidmətlərinə görə təşəkkür edirəm. Mövsümün ilk yarısı bizim üçün yaxşı keçmədi. Baş məşqçi Sərgən Yalçının istəyi ilə 4 futbolçuyla yollarımızı ayırdıq. Həmin oyunçuların yerinə 4 futbolçu alacağıq. Lakin 4-dən çox oyunçu transfer etsək, komandadan gedəcək futbolçular ola bilər".

Qeyd edək ki, Cihan Özkara 2011-ci ildən "Sivasspor"da çıxış edirdi. Cari mövsümdə Superliqada oyunda meydana çıxan millimizin üzvü qol vurmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR