İdman
İordaniya şahzadəsi FİFA prezidentliyinə namizəd olacaq
İordaniya şahzadəsi Əli Bin Əl-Hüseyn Beynəlxalq Futbol Fedarasiyasının prezidentliyinə namizədliyini irəli sürəcək.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, FİFA prezidentliyinə seçkilər 2015-ci ilin mayında keçiriləcək. Bu posta hazırki prezident Yozüf Blatter, həmçinin qurumun keçmiş baş katibi Jerom Şampan da iddialıdır.
2014-cü ilin dekabrında Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sədri Mişel Platini 1998-ci ildən bəri FİFA prezidentliyi postunu tutan Yozef Blatterin namizədliyini dəstəkləməkdən imtina etmişdi. Blatter Syurix universitetində futbol mövzusunda mühazirə oxuyarkən də bir qrup tələbə etiraz etmişdi. Onlar FİFA prezidentini korrupsiyaya bulaşmaqda ittiham edirdilər.
Futbol dünyasında Blatter haqda belə düşünənlər çoxluq təşkil edir.
İordaniya şahzadəsi Əli Bin Əl-Hüseyn isə deyib ki, seçkidə qalib gəlsə ictimaiyyətin fikrini qalmaqallardan yayındırıb əvvəlki kimi idmana qaytaracaq.
İlqar
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...