Keçmiş nazirin federasiyasında əlbəyaxa dava - Səbəbkar məşqçidir?
Bizi izləyin

İdman

Keçmiş nazirin federasiyasında əlbəyaxa dava - Səbəbkar məşqçidir?

Azərbaycan Cüdo Federasiyasında növbəti qalmaqal baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, federasiyada iki idmançı arasında dava düşüb. İdmançılar əməlli-başlı yumruq davasına çıxıblar.

Olay Hacıağa Hacıəhmədovun üstündə olub. Belə ki, idmançılardan biri (adını dəqiqləşdirə bilmədik) məşqçidən narazılığını sərt şəkildə dilə gətirib. Digər idmançı da hadisə böyüməsin deyə araya girib və komanda yoldaşını kənarlaşdırmaq istəyib. Bu zaman həmin cüdoçu komanda yoldaşının yaxşılığını səhv anlayıb və onunla dalaşmağa başlayıb. Bundan sonra o, komanda yoldaşını yaltaqlanmaqda günahlandırıb.

Dava daha da böyüməsin deyə, kənarda olanlar iki idmançını məkandan uzaqlaşdırıb. Hacıağa müəllimə qarşı sərt reaksiya verən idmançıya qarşı cəza tədbiri görüləcəyi də deyilir.

Xatırladaq ki, federasiya elə 2014-cü ili də qalmaqallarla başa vurdu. Gah idmançılara pullarını ödəməməklə problem yaşandı, gah da məşqçiyə vaxt qoydular.

Məşqçi Hacıağa müəllimin Füzulu Ələkbərovun federasiyasında vaxtı azalır. Belə ki, mütəxəssis üçün son şanslardan olan Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri idmançılarımız üçün fiasko ilə başa çatmışdı. Belə ki, İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi - 60 kq) və Kifayət Qasımovanın (57 kq) ardınca Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi - 73 kq), Abdulhaqq Rəsullu (81 kq), Məhəmmədəli Mehdiyev, Firudin Dadaşov (hər ikisi - 90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) də mükafatçılar sırasına düşə bilməmişdilər. Komandamızın heyətində ümumilikdə ən yaxşı nəticəni Orucov göstərərək, yarışı 7-ci yerdə bitirmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm