• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Xəzər Lənkəran” gedənlərin adlarını rəsmən açıqladı

  • İdman
  • 6 Yanvar 2015 13:07
  • 485 Baxış
“Xəzər Lənkəran” gedənlərin adlarını rəsmən açıqladı

"Xəzər Lənkəran" yollarını ayırdığı futbolçularla bağlı rəsmi məlumat yayıb.

Publika.az xəbər verir ki, yarımmüdafiəçi Elnur Abdullayevlə müqavilənin müddəti başa çatdığı üçün futbolçu sərbəst oyunçu statusunda klubdan ayrılıb.

Bundan əlavə, Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Vanderson Skarduelli ilə mövcüd olan müqavilələrə qarşılıqlı şəkildə xitam verilib.

Adrian Skarlatake, Tyeqo de Jesus və Fernando Qabriel klub tərəfindən transferə çıxarılıb.

Eyni zamanda, Deyan Blajevski və Qalin İvanov komandanın düşərgəsini icazəsiz tərk etdiklərinə və müqavilə öhdəliklərini kobud şəkildə pozduqlarına görə klub tərəfindən hər iki futbolçu ilə müqavilələrə birtərəfli şəkildə xitam verilib.

Komanda Türkiyənin Antalya şəhərinə aşağıdakı heyətlə yollanıb:

Orxan Sadıqlı, Vyekoslav Tomiç, Tərlan Qasımzadə, Rasim Ramaldanov, Tural Cəlilov, Elvin Mirzəyev, İlyas Səfərzadə, Ruslan Cəfərov, Elnur İsmayılov, Maqsum Qəmbərli, Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, İlqar Ələkbərov, Kamran Abdullazadə, Bəhruz Teymurov, Elşən Rzazadə, Elsevər Bəkirzadə, Kazım Kazımlı, Elnur Cəfərov (Qranatkin turnirində çıxışını başa vurduqdan sonra komandaya qoşulacaq), Ağabala Ramazanov, Nurxan Mənsimzadə, Anar Babazadə.

Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda Belek bölgəsində “Crystal Tat Beach” otelində yerləşəcək və 20 günlük toplanış çərçəvəsində 5 yoxlama oyunu keçirəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR