İdman
“Eurosport” Azərbaycan güləşçiləri ilə bağlı reportaj hazırladı - VİDEO
“Eurosport” televiziya kanalında Azərbaycan və Fransa güləşçiləri arasında dekabrın 4-də Parisdə keçirilmiş dostluq görüşü haqqında geniş reportaj yayımlanıb.
Reportajda güləş üzrə yığma komandamızın dünyada ən güclü millilərdən biri olması vurğulanıb. Hətta bildirilib ki, yoldaşlıq görüşünə Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, Fransanın idman üzrə dövlət katibi Tyeri Brayar, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də baxıb.
Güləşin hər üç növü üzrə idmançıların mübarizə apardıqları görüş Parisin ən məşhur saraylarından olan Qış sirkində təşkil edilib.
Publika.az xəbər verir ki, reportajda güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşü ilə yanaşı, ölkəmizin idman həyatı və Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı da ətraflı məlumat verilib.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin müsahibəsinin təqdim edildiyi süjetdə güləşin ölkəmizdə populyar olduğu bildirilib. O, 2015-ci ilin aprel ayında Bakıda birinci Avropa Oyunlarına test xarakterli yarışların keçiriləcəyini diqqətə çatdırıb.
Reportajın sonunda birinci Avropa Oyunlarından və Azərbaycanın idman həyatından bəhs edən görüntülər təqdim olunub.
Xatırladaq ki, yoldaşlıq görüşü Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?