• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Türkiyə futbolunda gələcəyə dogru atılan böyük addım!

  • İdman
  • 6 Yanvar 2015 15:51
  • 473 Baxış
Türkiyə futbolunda gələcəyə dogru atılan böyük addım!

Türkiyə Futbol Federasiyası oyunçu limitində dəyişikliklər edib.

Publika.az xəbər verir ki, klubların 28 nəfərlik iştirak ərizəsində 14 legioner, bir o qədər də yerli futbolçu olacaq.

Həmin yerli futbolçulardan 2-si klubun akademiyasından, 4-ü isə Türkiyə futbolunun yetişdirdiyi oyunçu olmalıdı.

Legionerlərin 11-i start heyətində meydana çıxa bilər. Ancaq oyunun 18 nəfərlik heyətində minimum 7 nəfər yerli futbolçu olmalıdır.

Bütün komandalarda bir türk qapıçı yer almalıdı. Xarici milli komandaları seçən türk oyunçular legioner sayılacaq.

Yeni qaydalara əsasən, federasiya milli komandaya futbolçu göndərən klublara pul ödəyəcək. Klublar transfer etdiyi hər birinci legionerə görə 40 min, ikinci üçün 60 min, üçüncü üçün 75 min, dördüncü və sonrakılar üçün 100 min lirə ödəyəcək.

Yeni qərara görə, vergi, sığorta, oyunçulara olan borc, UEFA və ya FİFA-ya borcu olan klub əcnəbi futbolçu transfer edə bilməyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR