İdman
Avropada oynayan ən yaxşı braziliyalılar kimlərdir?
Dünyanın ən güclü çempionatları Avropadadır. Ən məşhur futbolçuların da çoxu “Köhnə dünya”da top qovur. Amma braziliyalılarsız futbolu təsəvvür etmək olarmı? Qətiyyən.
Futbolda transfer əməliyyatları baş qaldırandan bəri okeanın o tayından bu tayına yüzlərlə top sehrbazı keçib. Onların hər birinin tarixdə öz yeri var. Adlarını sadalamaqla qurtarmaz. Odur ki, keçmişə boylanmaq fikrimiz yoxdur.
Publika.az sizə hazırda Avropada top qovan ən yaxşı 10 “sambaçı”nı təqdim edir. Reytinqi Braziliya saytlarından biri istifadəçiləri, həmçinin yerli və əcnəbi jurnalistlər arasında apardığı sorğuya əsasən tərtib edib. Halk (Zenit), Marselo (Real) və Dani Alveş (Barselona) kimi tanınmışların reytinqdən kənarda qalması təəccüb doğurur.
10. Filipe Luis, 29 yaş, müdafiəçi, “Çelsi”
9. Oskar, 23 yaş, yarımmüdafiəçi, “Çelsi”
8. Filippe Koutinyo, 22 yaş, yarımmüdafiəçi, “Liverpul”
7. Tyaqo Silva, 30 yaş, müdafiəçi, PSJ
6. David Luiz, 27 yaş, müdafiəçi, PSJ
5. Lukas Moura, 22 yaş, yarımmüdafiəçi, PSJ
4. Villian, 26 yaş, yarımmüdafiəçi, “Çelsi”
3. Felipe Melo, 31 yaş, yarımmüdafiəçi, “Qalatasaray”
2. Miranda, 30 yaş, müdafiəçi, “Atletiko”
1. Neymar, 22 yaş, hücumçu, “Barselona”
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı