Anasına görə sərfəli təklifi cavabsız qoydu
Bizi izləyin

İdman

Anasına görə sərfəli təklifi cavabsız qoydu

Tanınmış rumın futbolçu Adrian Mutu “Fiorentina”ya ikihəftəlik baxışa çağırılsa da, ondan xəbər yoxdu.

Publika.az xəbər verir ki, Florensiya klubunun rəhbərliyi də 35 yaşlı veteran forvarddan əlini üzüb. Rəhbərlik onun telefon zənglərinə cavab verməməsinə hiddətlənib.

Bəzi mətbuat orqanlarının iddiasına görə, Mutunun susqunluğuna şəxsi problemləri səbəb olub. Anası ağır vəziyyətdə olduğu üçün futbolçu onun yanında qalmağa qərar verib. Belədə Adrianın “Fiorentina”ya qayıtmaq planı pozulub.

Xatırladaq ki, Mutu 2006-2011-ci illərdə “bənövşəyilər”in şərəfini qoruyub. Onun karyerasında son klubu “Petrolul” olub. Ötən ilin sentyabrından Mutu işsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm