Zaqatalada ara qarışdı, azarkeşlər stadiona axışdı
Bizi izləyin

İdman

Zaqatalada ara qarışdı, azarkeşlər stadiona axışdı

Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 21-ci turunun "Simurq" - "İnter" oyunu zamanı qalmaqal yaranıb. Futbolinfo.az xəbər verir ki, qalmaqalın səbəbkarı "İnter"in futbol

Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 21-ci turunun "Simurq" - "İnter" oyunu zamanı qalmaqal yaranıb. Futbolinfo.az xəbər verir ki, qalmaqalın səbəbkarı "İnter"in futbolçusu Cosqun Diniyev olub.

Belə ki, matçın 84-cü dəqiqəsində zaqatalalıların qapısına penalti təyin edilib. Qazanılan "lotereya"nı qola çevirən Diniyev bundan sonra yerli azarkeşlərə tərəf qaçaraq onlara qarşı nalayiq ifadələr işlədib. Bundan qəzəblənən zaqatalalı azarkeşlər isə meydana axışaraq futbolçunu etdiyi tərbiyəsziliyə görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Oyunu idarə edən Rəşad Əhmədov isə Diniyevi bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb. Kütləvi davada iştirak etdiyi üçün "Simurq"un bir futbolçusu da qırmızı vərəqə alıb.

Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm