Messinin qiyməti açıqlandı
Bizi izləyin

İdman

Messinin qiyməti açıqlandı

Fransada yerləşən idman tədqiqatları mərkəzi Avropanın ən bahalı 120 futbolçusunun siyahısını dərc edib.

Publika.az-ın məlumatına görə, siyahıya “Barselona” klubunun hücumçusu Lionel Messi başçılıq edir. Onun dəyəri 220 milyon avro məbləğində qiymətləndirilir. İkinci yeri 133 milyon avro ilə “Real”ın hücumçusu Kriştianu Ronaldu, üçüncü yeri 99 milyon avro ilə “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard tutur.

İlk onluğa, həmçinin Dieqo Kosta (“Çelsi”, 84 milyon avro), Pol Poqba (“Yuventus”, 72 milyon avro), Serxio Aquero (“Mançester Siti”, 65 milyon avro), Rahim Sterlinq (“Liverpul”, 63 milyon avro), Sesk Fabreqas (“Çelsi”, 62 milyon avro), Aleksis Sançes (“Arsenal”, 61 milyon avro) və Qaret Beyl (“Real”, 60 milyon avro) daxildir. Oyunçuların qiyməti bir çox göstəricilər üzrə, o cümlədən keçirilən oyunların və vurulan qolların sayına görə hesablanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm