İdman
Baş tutmayan oyuna 250 bilet satıldı - FOTO
İngilislər həqiqətən futbolu çox sevir. “Dumanlı Albion”da bəzən ağlasığmaz addım atanlara da rast gəlmək olur. Elə “Akkrinqton” rəhbərliyi kimi...
Publika.az xəbər verir ki, İngiltərənin 4-cü divizionunda mübarizə aparan komanda baş tutmayan oyuna görə sifariş verdiyi biletlərin satışından 5000 funt qazanıb.
Məsələ belə olub. İngiltərə kubokunun 2-ci mərhələsində “Akkrinqton” “Yovil”lə üz-üzə gəlib. Oyun heç-heçə başa çatdığından reqlamentə əsasən təkrar oyun keçirilməli olub. Amma təkrar oyuna kimi bu cütün qalibinin növbəti mərhələdə evdə “Mançester Yunayted”lə qarşılaşacağı məlum olub. 3-cü mərhələyə vəsiqəni təmin etməyən “Akkrinqton” tarixi oyun üçün xatirə biletləri buraxmaq qərarına gəlib.
Təkrar oyunda “Yovil”ə 0:2 hesabıyla uduzan “qırmızılar” yenə də MY ilə qarşılaşmamaq iddiasıyla barışmayaraq, formal “Akkrinqton” - MY matçı üçün 250 bilet sifariş verib və 20 funtdan satışa çıxardıb.
Biletlər iki həftə ərzində satılıb. Təkcə 100 bileti bir azarkeş alıb. Klub prezidenti isə bilet satışından əldə olunan gəlirə (təxminən 6,5 min avro) qışda hansısa futbolçunu icarəyə götürəcəyinə söz verib.
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü