Komitə sədri: “Bizə şər atan, iftira edən adam lazım deyil”
Bizi izləyin

İdman

Komitə sədri: “Bizə şər atan, iftira edən adam lazım deyil”

Son illər Azərbaycan Premyer Liqasında fit çalan hakimlərin Antalyaya toplanışa yollanması ənənə halını alıb. Bu il də proqram dəyişməyəcək. Səfər haqda ətraflı məlumat almaq üçün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla əlaqə saxladıq.

Xaqani müəllim Publika.az-a açıqlamasında Anar Salmanovun Türkiyəyə yollanacaq siyahıda olmamasına da aydınlıq gətirdi:

“Antalyadakı toplanışda 38 nəfər hakimimiz olacaq. Onların içərisində həm təcrübəli hakimlər, həm də gənclər var. Premyer Liqada oyun idarə eləyən və yaxın zamanda oyun idarə edəcək hakimlər, həmçinin, 4 müəllim orada iştirak edəcək.

Anar Salmanov barədə çox açıqlama vermişəm. Yenə deyirəm, o, nə avqustda, nə də noyabrda normativləri verə bilməyib. Buna görə də onu bu toplanış üçün yararsız bildik. Onun cəza almasına əsas səbəb mətbuatda bizim haqqımızda iftira, şər məzmunlu açıqlamalar verməsidir. Bu, bizim etik kodeksimiz xaricindədir”.

Xaqani Məmmədov Salmanovun Premyer Liqada bundan sonra oyun idarə edib-etməyəcəyinə də aydınlıq gətirdi: “Anar Salmanov güman ki, Premyer Liqada da təyinat almayacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm