• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İmperator: “Messi Türkiyədə olsaydı, ona cücə deyərdik”

  • İdman
  • 7 Yanvar 2015 20:23
  • 652 Baxış
İmperator: “Messi Türkiyədə olsaydı, ona cücə deyərdik”

Fatih Terimin Türkiyədə keçirilən bir seminarda verdiyi açıqlama mətbuatın gündəminə düşüb.

Publika.az xəbər verir ki, o, Türkiyədə yüksək səviyyədə futbolçu yetişdirmək qabiliyyətinin hələ inkişaf etmədiyini deyib. “İmperator” onu da bildirib ki, rəqib ölkələrin həvəskar klublarının infrastrukturu Türkiyənin 2-ci və 3-cü divizion klublarındakından daha yaxşıdır:

“Biz hər yaş qrupunda olan ulduz namizədləri görə bilmirik. Messinin uşaqlığı bizim ölkədə keçsəydi, öncə cüssəsiz deyərdik. Yarışdığı yaş kateqoriyasında yaşı kiçildilmiş və ya fiziki baxımdan inkişaf etmiş rəqibləri tərəfindən də xeyli təzyiqə məruz qalardı. Bəlkə də cücə deyib lağa qoyardıq. Yox olmasına səbəb olardıq. Ya fiziki vəziyyətinə lağ edərdik, ya da media tərəfindən və ətrafı tərəfindən göylərə qaldırılıb, televiziyalara çıxardardıq. Bundan əlavə anası-atası, məhəllənin satıcısı belə televiziya proqramlarına qatılardı. Bu zaman da psixologiyası pozular, itib-batardı. Siz bu dediklərimin Türkiyədə nümunələrini tapa bilərsiniz”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR