“Qəbələ”nin yeni transferləri 6 və 19-u seçdi
Bizi izləyin

İdman

“Qəbələ”nin yeni transferləri 6 və 19-u seçdi

“Qəbələ”nin qış fasiləsində heyətinə qatdığı Rəşad Sadiqov və Aleksey Qayın neçə nömrəli futbolka ilə çıxış edəcəkləri bəlli olub.

Publika.az xəbər verir ki, Sadiqov 6, Qay isə 19 nömrəli formanı seçib. Futbolçular seçimlərini belə izah ediblər:

Rəşad Sadiqov: “Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam”.

Aleksey Qay: “19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə, qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdü”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm