AZAL-dan növbəti transfer
Bizi izləyin

İdman

AZAL-dan növbəti transfer

Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə hazırlıqlarını davam etdirən AZAL daha bir futbolçuyla heyətini gücləndirib.

Publika.az xəbər verir ki, bir neçə gün əvvəl Aleksandr Şemonayevlə anlaşan "təyyarəçilər" bu dəfə yarımmüdafiəçi Nicat Qurbanovu transfer edib.

Anlaşmaya əsasən "Neftçi"yə məxsus olan futbolçu AZAL-da icarə əsasında çıxış edəcək.

Bundan əlavə qış hazırlığını Bakıda keçirəcək paytaxt təmsilçisinin hazırlıq planı təsdiqlənib. Yanvarın 5-dən məşqlərə başlayan komanda ilk həftə əsasən fiziki hazırlıq üzərində çalışacaq. Toplanış müddətində 5 yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub.

AZAL 10, 15, 17, 19 və 24 yanvar tarixlərində oyunlar keçirəcək. İlk 2 matç üçün sınaqçı-rəqib axtarışı davam edir. Yanvarın 17-də və 19-da isə “Təyyarəçilər” “Sumqayıt”la qarşılaşacaq. İlk oyun Sumqayıtda, ikinci matç isə Bakıda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm