İdman
“Qızıl top” Messiyə verilməyəcək? “Barselona” növbədənkənar seçkilərə gedir
Son günlər böyük gərginlik içində olan "Barselona"da erkən prezident seçikləri olacaq.
Publika.az xəbər verir ki, seçkilər 2015-ci ilin iyun ayında keçiriləcək. Bartomeu yenə də öz namizədliyini irəli sürmək niyyətindədir.
O, Kataloniya klubunda prezident səlahiyyətlərini 2016-ci ilin yayına qədər icra etməli idi. Ancaq klubda baş verən son hadisələr durumu dəyişib. Bartomeu məsələyə belə şərh verib:
"Mən səlahiyyət müddətinin sonuna qədər vəzifəmi icra etmək istəyirdim. Ancaq son həftələr klubda yaşanan gərginlik idarəolunmaz həddə çatmışdı. Biz eyni tərzdə işimizi davam etdirəcəyik. Proqramımızı da dəyişmək fikrində deyilik".
"Barselona"nın rəsmi saytı növbədənkənar prezident seçkiləri barədə məlumatı təsdiqləyib. Həftənin əvvəlində klubun əfsanəsi Andoni Subisarreta direktor vəzifəsindən istefaya göndərilmişdi.
Dünən axşam isə kataloniyalıların FİFA-nın təşkil edəcəyi “Qızıl top”un təqdimat mərasiminə qatılmayacaqları dəqiqləşib. Bu, ali futbol qurumunun kluba transfer qadağası qoymasıyla əlaqələndirilir.
“As”ın iddiasına görə, “Barselona” yanvarın 1-dən etibarən FİFA-nın bütün layihələrində iştirakdan imtina edib. Əgər belədirsə, onda “Qızıl top”un Lionel Messiyə verilməyəcəyi dəqiqdir. Son günlər argentinalı futbolçunun baş məşqçi Luis Enrikeylə yola getməməsi istər-istəməz onun nüfuzunu zədələyib.
Pərviz Hikmət
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK