Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verdi
Bizi izləyin

İdman

Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verdi

AFFA-nın baş katibi Elxan Məmmədov İspaniyanın "Qranada" klubunda forma geyinən Eddi İsrafilovun Azərbaycan millisində oynamağa razılıq verməsi haqda danışıb.

Publika.az xəbər verir ki, baş katib Eddinin millimizə cəlb olunması prosesinə toxunub:

"İlk növbədə qeyd etmək lazımdır ki, uzun müddətdir Eddiylə danışıqlarımız davam edirdi. Onları Bakıya dəvət etdik. Təəssüflər olsun ki, Eddi özü klubunun məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı. İradə xanım Bakıya xoş xəbərlə gəldi və dedi ki, Eddi Prosineçkinin dəvətini gözləyir.

2012-ci ildən onunla əlaqə saxlayırdıq. Onun valideynləri, meneceriylə söhbətlərimiz olmuşdu. O zaman Eddinin 22 yaşı var idi və La Liqada oynamırdı. Onun potensialı tam görünmürdü. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həm də o, İspaniya yığmasından da dəvət gözləyirdi. Əvvəllər onun agentiylə danışırdıq. O, bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burda çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi".

Eddinin anası İradə İsrafilova AFFA-nın rəsmi saytına açıqlamasında məsələyə belə münasibət bildirib:

"Bu məsələ uzanmışdı. Artıq onu həll etməyin vaxtı idi. Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı. Mən azərbaycanlıyam. Uzun müddət xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdi. Növbəti toplanış zamanı onu gözləyin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm