Afrikanın ən yaxşıları məlum oldu
Bizi izləyin

İdman

Afrikanın ən yaxşıları məlum oldu

Afrikada 2014-cü ilin ən yaxşı futbolçusunun adı məlum olub.

Publika.az xəbər verir ki, Yaya Ture ardıcıl dördüncü dəfə “qara qitə”nin ən yaxşısı seçilib. “Mançester Siti”nin yarımmüdafiəçisi sorğuda Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanqı və “Lill”in qapıçısı Vinsent Enyeamanı qabaqlayıb.

Əlcəzair Afrika qitəsinin ən yaxşı milli komandası, Yasin Brahimi (Portu, Əlcəzair) isə ən yaxşı gənc oyunçusu seçilib.

Dünən Nigeriyanın paytaxtı Laqosda mükafatın təqdimat mərasimi keçirilib.

Afrikada ilin rəmzi yığması belə olub:

Qapıçı: Vinsent Enyeama (Nigeriya);

Müdafiəçilər: Yan Kasulula (Konqo DR), Mehdi Benatia (Mərakeş), Stefan Mbia (Kamerun), Kvadvo Asamoa (Qana);

Yarımmüdafiəçilər: Yaya Ture (Fil Dişi Sahili), Yasin Brahimi (Əlcəzair), Faxreddin Ben Yussef (Tunis), Ahmed Musa (Nigeriya);

Hücumçular: Asamoa Qyan (Qana), Pyer-Emerik Obameyanq (Qabon).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm