• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qarabağ”dan Muarremlə bağlı rəsmi açıqlama verildi

  • İdman
  • 9 Yanvar 2015 12:30
  • 1 058 Baxış
“Qarabağ”dan Muarremlə bağlı rəsmi açıqlama verildi

"Qarabağ"ın ən önəmli futbolçularından biri Muarem Muarem klubdan gedə bilər. “Anspress”in yaydığı məlumata görə, Türkiyə Superliqasında çıxış edən "Əskişəhərspor" və "Gənclərbirliyi" klubları makedoniyalı futbolçunu transfer etmək istəyir.

Bu klubların yaxın günlərdə "Qarabağ"a rəsmi təklif göndərəcəyi gözlənilir. Futbolçunun özünün də Türkiyədə karyerasını davam etdirməyin əleyhinə olmadığı üçün transferin reallaşacağı istisna olunmur.

Məsələylə bağlı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Publika.az-a danışan klubun rəsmisi xəbəri təkzib etdi:

“Futbolçular haqda belə xəbərlər tez-tez yayılır. Amma kluba bu barədə rəsmi heç bir məlumat daxil olmayıb. Buna görə də bu barədə danışmaq düzgün deyil”.

Qeyd edək ki, 27 yaşlı Muarem Muarem bu mövsüm "Qarabağ"ın heyətində "Tvente"yə qol vuraraq komandasını Avroliqanın qrup mərhələsinə çıxarmışdı. Makedoniyalı yarımmüdafiəçi "Dnepr"lə səfər qarşılaşmasında da fərqlənərək komandasının tarixi qələbəsində rol oynamışdı.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR