Yunan-Roma güləşçilərimizdən ikisi gerilədi
Bizi izləyin

İdman

Yunan-Roma güləşçilərimizdən ikisi gerilədi

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, yunan-Roma güləşi üzrə yeni ilin ilk reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısına 7 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici dünya çempionatının gümüş mükafatçısı Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə reytinqdə 7-ci pillədə qərarlaşıb.

59 kq
13-cü yer. Taleh Məmmədov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (12)

66 kq
7-ci yer. Həsən Əliyev - DÇ 5-ci yer (7)

71 kq
3-cü yer. Rəsul Çunayev - DÇ 3-cü yer (3)

75 kq
5-ci yer. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)
11-ci yer. Rafiq Hüseynov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (11)

85 kq
2-ci yer. Saman Təhmasibi - DÇ 2-ci yer (2)

130 kq
17-ci yer. Sabah Şəriəti - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Xatırladaq ki, Sentyabr ayında Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatda yunan-Roma güləşçisi Rəsul Çunayev həlledici görüşdə erməni rəqibini tam üstünlüklə məğlub etmişdi. O, 23 saniyədə qazandığı qələbəni “əsgər salamı”yla qeyd etmişdi. (http://publika.az/p/42489)

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm