“Bizi arxadan bıçaqladılar”
Bizi izləyin

İdman

“Bizi arxadan bıçaqladılar”

Şimali Kipr Türk Cümhuriyyətinin Super Liqasında çıxış edən "Kiçik Kaymaklı"da forma geyən 3 futbolçunun Türkiyə Regional Liqa klublarına - "Uşakspor" və "Kastamonuspor"a pulsuz transfer olması ölkəni qarışdırıb.

Şimali Kipr Cümhuriyyətinin lisenziyalarının tanınmadığına görə, Türkiyə vətəndaşı olan futbolçular ödənişsiz qardaş ölkədəki bir komandaya transfer oluna bilər.

Publika.az xəbər verir ki, adada gündəm yaradan hadisə Mustafa Yaşınsesin "Kastamonuspor"a, Çağrı Kıral və Musa Şanlıerin də "Uşakspor"a transferinə görə baş verib. "Kiçik Kaymaklı" rəhbərliyi futbolçuların onlara son dəqiqədə xəbər verərək Türkiyəyə getdiklərini bildirib:

“Biz yetişdirdik, amma onlar pulsuz olaraq transfer etdi. Biz arxadan bıçaqlandıq. Bu transferin qarşılığı olmalıdır”.

Şimali Kipr Türk Cümhuriyyətinin baş nazir müavini və eyni zamanda idman naziri olan Serdar Denktaş isə Türkiyənin “Milliyət” qəzetinə belə açıqlama verib:

“Türkiyə idman naziri Akif Çağatay Kılıçla görüşəcəm. Bu oyunçuların pulu ödənilmədən transfer olunmamalıdır. Pulsuz transfer edilərsə, bizim liqada oyunçu qalmaz. Bu, doğru deyil”.

Kipr Türk Futbol Federasiyası (KTFF) da TFF-yə məktub yazıb və bildirib ki, futbolçuların transfer pulları ödənilməldir.

Kiprdən qaçdıqları deyilən futbolçular - Mustafa Yaşınses, Çağrı Kıral və Musa Şanlıer “Küçük Kaymaklı” rəhbərliyinə sərt təpki verib:

“Bizə xain deyirlər. Amma əvvəl “yolunuz açıq olsun” demişdilər. Biz klubdan xəbərsiz getməmişik”.

"Kiçik Kaymaklı" rəhbəri Ali Başman da futbolçuların transferlərinə heç nə demədiklərini bildirib. Amma transferdən son dəqiqə xəbər tutduqlarını vurğulayıb:

“Onların üstündə zəhmət çəkmişik. İndi heç nə olmamış kimi Türkiyəyə gedirlər. Milli komandada forma geyinən üç oyunçusu birdən getsə, biz liqadan düşərik. Bəs onların yerinə necə oyunçu alım? Bizim istədiyimiz futbolçuların transfer əvəzlərinin ödənilməsidir. Türkiyə ilə Şimali Kipr arasında bu barədə heç bir razılaşma olmayıb".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm