“Gəzəyən” futbolçu karyerasını bitirdi
Bizi izləyin

İdman

“Gəzəyən” futbolçu karyerasını bitirdi

Məşhur rumıniyalı hücumçu Adrian Mutu kareyrasını bitirib.

Publika.az xəbər verir ki, futbolçu “Fiorentina” ilə danışıqlar nəticəsiz qalandan sonra bu addımı atmaq qərarına gəlib. Mutu son vaxtlar “Fiorentina”da qərarlaşmağa can atırdı.

Florensiyalılar rumın forvarda komandada sınaq müddəti keçməyi təklif etmişdi. Ancaq Adrian bu təklifi rədd edib. Mutunun qərarına anasının səhhəti də təsir edib.

Adrian karyerası ərzində Rumıniyanın “Dinamo,” “Arceş”, İtaliyanın “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərənin “Çelsi” və Fransanın “Ayaçço” komandalarında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm