İlin ən yaxşı agenti odur
Bizi izləyin

İdman

İlin ən yaxşı agenti odur

"Globe Soccer" ilin ən yaxşı futbol agenti mükafatını təqdim edib.

Publika.az xəbər verir ki, mükafat Jorje Mendeşə təqdim edilib. Məşhur portuqaliyalı funksioner beşinci ildi öz peşəsinin ən yaxşısı seçilir. Onun müştəriləri arasında Kriştiano Ronaldo, Xames Rodriges, Radamel Falkao, David De Xea, Danni və başqa məşhur futbolçular var.

Bu yaxınlarda Britaniya qəzeti "The Guardian" Mendeşin fəaliyyətini araşdırıb və məlum olub ki, o, futbolda ən nüfuzlu şəxslərdən biri sayılır.

Mendeş 2001-ci ildən 2010-cu ilədək Portuqaliya nəhəngləri "Sportinq", "Benfika" və "Portu"nun bütün transferlərinin 68 faizini təşkil edib. Bundan başqa, o, demək olar ki, bütün müştərilərinin hüquqlarının bir hissəsinə sahibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm