• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ərəb Suaresi”, “Qətər Maradonası”, İran “Quçi”si - Avstraliyada kim parlayacaq?

  • İdman
  • 10 Yanvar 2015 16:05
  • 638 Baxış
“Ərəb Suaresi”, “Qətər Maradonası”, İran “Quçi”si - Avstraliyada kim parlayacaq?

Dünən Avstraliyada 16-cı Asiya kubokuna start verilib. Sözsüz ki, dünyanın futbol agentlərinin diqqəti bu turnirə yönələcək. Bəs Asiya kubokunda hansı futbolçunun ulduzu parlaya bilər?

Publika.az sizi Asiyanın ən böyük turnirində ulduzu ola biləcək futbolçularla tanış edir:

Vaxtında ayılan yapon

Yaponiyalı Keysuke Honda avropalılara tanış olan bir futbolçudur. Bir müddət əvvəl onun karyerasında eniş yaşanırdı. Ancaq yapon ayılmağı bacardı. İndi onu “Milan”ın heyətində ən yaxşılardan biri adlandırmaq olar. Mövsümün əvvəlindən “rossonyerlər”in sağ cinahını işğal edən Honda 6 qol vurub. Avstraliyada 28 yaşlı pleymeyker daha çox hücumameylli rol ifa edəcək. O, Sindzi Okazakidən arxada oynayacaq və komandanın standart vuruşlarını yerinə yetirəcək. Dörd il əvvəl məhz Honda Asiya kubokunun ən yaxşı oyunçusu hesab edilmişdi. Bu turnirdə yaponiyalı yığmada vurduğu qolların sayını 30-a çatdıra bilər. İndi onun hesabında 65 oyunda 28 dəqiq zərbə var.

“Zenit”in “qorxulu yuxusu”

Cənubi Koreyalı Son Honq Min hücumun bütün perimetri boyunca fəaliyyət göstərə bilər. O, “Bayer”in və yığmanın əks-hücum futboluna uğurla qoşulur. Bu futbolçu Çempionlar Liqasında “Zenit”in “dəhşətli yuxusu” kimi xatırlanır. Onun cəmisi 22 yaşı var. Sonu “Mançester Yunayted”in və “Tottenhem”in skautları da izləyir. Bu mövsüm Bundesliqada 5 qol vurub, 2 məhsuldar ötürmə edib. Əla nəticədir! Asiya kubokunun A qrupunda keçiriləcək Cənubi Koreya və Avstraliya yığmaları arasındakı oyun turnirdəki ən maraqlı qarşılaşmalardan biri kimi gözlənilir. Bu oyunda Sona qarşı onun “Bayer”dəki həmklubu oynayacaq.

Avstraliyanın əsas fiquru

Onu deyirik, Robbi Kruzeni. Sona qarşı oynayacaq 26 yaşlı avstraliyalı hücumçu zədə ucbatından Braziliyada keçirilən dünya çempionatında iştirak etməmişdi. O, hələ ki, “Bayer”də əsas heyət uğrunda mübarizədə Sona məğlub olur. Ancaq Avstraliya millisində əsas fiqur sayılır. İdeyaya görə, onun cinah ötürməsindən sonra Kim Keyhill qol vurmalıdı. Otən Asiya kubokunun yarımfinalında Robbi Özbəkistanın darmadağın edilməsində (6:0) pay sahibi olmuşdu. Ancaq evdə keçirilən turnirdə finala adlamaq az olacaq.

Avstraliyalının üzünə tüpürən ərəb

Səudiyyə Ərəbistanının futbolçusu Nasser Al-Şampani ötən il Asiyanın ən yaxşı futbolçusu seçilib. Oyun manerasına görə onu Suareslə müqayisə edirlər. Nasser Asiya Çempionlar Liqasında “Əl-Hilal”ın heyətində 10 dəfə fərqlənib. Çinlə oyunda yerli publikanın diqqəti sözsüz ki, onda olacaq. Niyə? Ona görə ki, Çempionlar Liqasının finalında keçirilən “Uestern Sidney Uonderers”lə oyunda Nasser avstraliyalıların müdafiəçisi Mettyu Spiranoviçin üzünə tüpürmüşdü. Sonradan bildirmişdi ki, rəqib onu təhqir etdiyi üçün belə edib. Həmin hərəkətinə görə “Asiyanın Suaresi” də 8 oyunluq diskvalifikasiya edilmişdi. Ancaq bu cəza milliyə şamil olunmayıb.

İranın nəvazişli “Quçi”si

İranlı Reza Qoçannecat Braziliyada keçirilən dünya çempionatında şərhçilərin işini xeyli asanlaşdırmışdı. Formasının üzərinə soyadını yox, adını yazdırmaqla. 8 yaşında Hollandiyaya gələn Reza hətta “narıncılar”ın yeniyetmələr və gənclər yığmasının da şərəfini qoruyub. İranlının əsas silahı sol ayağı ilə vurduğu zərbələrdir. Ölkəsində futbolçunu nəvazişlə “Quçi” adlandırırlar. Ancaq “Quçi” rəqibləri ilə mübarizədə o qədər də nəvazişli olmur. O, İranın mundialda vurduğu yeganə qolun müəllifidi. Reza millidə keçirdiyi 19 oyunda 11 dəfə fərqlənib.

“Beşiktaş”ın maraqlandığı “Qətər Maradona”sı

2006-cı ildə 18 yaşlı Halfan İbrahim Asiyanın ən yaxşı futbolçusu seçildi. Həmin vaxtdan bəri İbrahim bir qədər kölgədə qalıb. Ancaq hələ də onu “Qətər Maradonası” deyə çağırırlar. 3 il əvvəl qətərli Asiya Çempionlar Liqasını qazandı. Ötən mövsümün əvvəlində İbrahimlə “Beşiktaş” maraqlanırdı. Sentyabrda İbrahim “Əl-Sədd”in tarixində ən yaxşı bombardir oldu - 63 qol.

Özbəkistanın Sərvəri

Fərdi mükafat qazanmış daha bir futbolçu Özbəkistanın heyətində çıxış edəcək Sərvər Ceparovdu. O, 2008-2011-ci illərdə Asiyanın ən yaxşı futbolçusu seçilib. Ötən Asiya kubokunda Sərvər yarımmüdafiəçi mövqeyində çıxış etməsinə baxmayaraq, 2 dəfə fərqlənib. O, Koreya “Sonname”si ilə ölkə kubokunu da qazanmağa macal tapıb.

Natiq

Asiya Kuboku 2015

Keçirilmə tarixi: 9-31 yanvar.

Keçirilmə tarixi: Avstraliya.

Şəhərlər: Brisben, Kanberra, Melbrun, Nyukasl, Sidney.

A qrupu

Avstraliya

Cənubi Koreya

Oman

Küveyt

B qrupu

Özbəkistan

Çin

Səudiyyə Ərəbistanı

Şimali Koreya

C qrupu

Bəhreyn

İran

Qatar

BƏƏ

D qrupu

İraq

Yaponiya

İordaniya

Fələstin

Təqvim

9 yanvar

Avstraliya - Küveyt 4:1

10 yanvar

Cənibi Koreya - Oman 1:0

Özbəkistan - Şimali Koreya 1:0

Səudiyyə Ərəbistanı - Çin 0:1

11 yanvar

İran - Bəhreyn

BƏƏ - Qətər

12 yanvar

İordaniya - İraq

Yaponiya - Fələstin

13 yanvar

Oman - Avstraliya

Küveyt - Cənubi Koreya

14 yanvar

Çin - Özbəkistan

Şimali Koreya - Səudiyyə Ərəbistanı

15 yanvar

Çin - İran

Bəhreyn - BƏƏ

16 yanvar

İraq - Yaponiya

Fələstin - İordaniya

17 yanvar

Oman - Küveyt

Avstraliya - Cənubi Koreya

18 yanvar

Özbəkistan - Səudiyyə Ərəbistanı

Çin - Şimali Koreya

19 yanvar

Qətər - Bəhreyn

İran - BƏƏ

20 yanvar

Yaponiya - İordaniya

İraq - Fələstin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR