Messi dünyanın ən yaxşı tennisçisiylə birləşdi - Xeyriyyə aksiyasında - VİDEO
Bizi izləyin

İdman

Messi dünyanın ən yaxşı tennisçisiylə birləşdi - Xeyriyyə aksiyasında - VİDEO

“Barselona”nın ulduzu Lionel Messi dünyanın ən yaxşı tennisçisi Serena Uilyamsla xeyriyyə aksiyasında iştirak edib.

Publika.az xəbər verir ki, “1 in 11” şüarı altında keçirilən aksiyanı UNİCEF təşkil edib. Aksiyanın əsas məqsədi müəyyən səbəblərdən normal təhsil ala bilməyən uşaqlara dəstək olmaqdı.

Messi aksiyaya belə münasibət bildirib:

“Mən bu kampaniyanı dəstəkləyirəm. Çünki inanıram ki, hər bir uşağın öz potensialını göstərmək və arzularına qovuşmaq haqqı var”.

Serena Uilyams da aksiya barədə danışıb:

“Çox təəssüf ki, dünyada hər uşaq normal təhsil almaq imkanına sahib deyil. Biz istəyirik ki, belə uşaqların sayı azalsın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm