İdman
Barselonada, Mançesterdə və Romada “qırğın” olacaq
Yeni il uğurlu başlamaq mövsümün qalan hissəsinə də müsbət təsir göstərir. Bayramın eyforiyasından çıxmaq vaxtıdır. Həftəsonu bizi bir-birindən maraqlı və gərgin qarşılaşmalar gözləyir.
Publika.az sabah baş tutacaq ən dramatik və bolqollu gözlənilən üç oyuna xüsusi yer ayırıb.
11 yanvar
20:00 Mançester Yunayted - Sautqempton
Təxminən bir ay əvvəl Van Persinin dublu “Qırmızı şeytanlar”a qələbə gətirmişdi. “Arsenal” və “Mançester Siti”nin ardından MY-yə də məğlub olması “Müqəddəslər”in nəhənglər arasına təsadüfi düşdüyünü deyənlərə əsas verirdi. Amma yeni il ərəfəsində “Everton” və “Arsenal” üzərində qələbələr və “Çelsi”ylə heç-heçə Ronald Kumanın komandasını yenidən liderlər qrupuna qaytardı. İndi isə bütün söz-söhbətlərə son qoymaq vaxtıdır. Turnir cədvəlində qonşu olan bu iki komandanın oyununa maraq olduqca böyükdür. “Müqəddəslər”lə “Şeytanlar”ın duelində qalib gələn tərəf ən azı avrokuboklara vəsiqəyə bel bağlaya bilər.
11 yanvar
23:45 Napoli - Yuventus
İtaliya superkubokunun finalının təkrarı olacaqmı? Şeyxlərin “təşəbbüsüylə” Asiyada keçirilən o qarşılaşmada azarkeşlər əsl şou izləmişdi: inanılmaz “kambek”, argentinalıların bir-birini əvəz edən qolları, əsəbi penalti seriyası, Buffonun qəhrəmanlığı və... “Napoli”nin qələbəsi.
Bu dəfə də azarkeşlər ümidlidir. “Yuventus”dan 10 xal geri qalan neapollular “ilk üçlüy”ə qayıtmaq üçün qələbəyə oynayacaq. Bu dramatik qarşılaşmanı qaçırmamaq məsləhətdir.
11 yanvar
18:00 Roma - Latsio
Roma derbisi son illər parlaqlığını itirib. Buna da “Latsio”nun iddiasız kluba çevrilməsi səbəb olub. Hərçənd bir neçə mövsüm əvvəl komandalar azarkeşlərə kubok matçında həyəcanlı anlar yaşatmışdı. Bu dəfəki qarşılaşmanın isə daha baxımlı və dramatik olacağına ümid edirik. “Latsio” liderlərin ən yaxın izləyicisidir. Aradakı fərq böyük olsa da, 3-cü pillədə olan komanda hörmətəlayiqdir. “Roma” isə derbiyə millinin düşərgəsində olan Keyta və Jervinyosuz çıxacaq. “Qartallar”ın bu fürsətdən istifadə edib “canavarlar”ı didməyə çalışacağı dəqiqdir. Odur ki, “Olimpiko”da əsl “qladiator döyüşü” izləyə bilərik.
11 yanvar
00:00 Barselona - Atletiko
Dieqo Simeonenin komandası 6 oyundur kataloniyalılara uduzmur. Düzdür, yalnız bir dəfə qalib gəlib. Amma bu yeganə qələbə “Barsa”nı Çempionlar Liqasının 1/4 finalında keçməyə, İspaniya çempionu olmağa kifayət edib.
Budəfəki qarşılaşmanın əhəmiyyəti böyükdür. Hər iki komanda lider “Real”dan 1 xal geri qalır. Xal itkisi onların iddialı planlarına daxil deyil. Komandalar fərqli əhval-ruhiyyədədir. “Atletiko” kubokda “Real” üzərindəki qələbənin psixoloji sevincini yaşayır. “Barsa” isə klub ətrafında yaranan xoşagəlməz dedi-qoduların acısını çəkir. Düzdür, kubokda qazanılan böyükhesablı qələbə Luis Enrikenin yetirmələrinə müəyyən ruhyüksəkliyi gətirə bilər. Bunun nə dərəcədə təsir etdiyini sabahkı qarşılaşmada görəcəyik. “Nou Kamp”da mövsümün əsas oyunlarından birini izləyəcəyimiz şübhəsizdir.
Pərviz Hikmət
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?