• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dünya futbolunun dəhşətli zədələri - VİDEOLAR - FOTOLAR (Əsəbi zəif olanlar baxmasın)

  • İdman
  • 14 Fevral 2014 11:12
  • 2 229 Baxış
Dünya futbolunun dəhşətli zədələri - VİDEOLAR - FOTOLAR (Əsəbi zəif olanlar baxmasın)

“Monako”nun və Kolumbiya millisinin hücumçusu Falkaonun həvəskar komanda ilə oyunda ağır zədə alması, futbolçunun dünya çempionatına getməməsi ilə nəticələnə bilər. Çox təəssüf ki, futbolun belə üzü də var. Burda bəzən zədələrdən qorunmaq mümkün olmur. Özü də ağır, karyeraya ciddi təsir edə biləcək zədələrdən. “Publika.az son illər ərzində məşhur futbolçuların üzləşdiyi zədələri xatırlayacaq.

Brayan Ovedo

“Everton” klubunun müdafiəçisi və Kosta-Rika yığmasının oyunçusu Brayan Ovedoya tezliklə sağalmasını arzu edirik.

Kostarikalının İngiltərə Kuboku uğrunda “Stivineyc”ə qarşı keçirilən matçda necə zədə alması video və fotolardan bəlli olur. Şəkil əsəbi zəif olanlar və uşaqlar arasında təşvişə səbəb olub. Oyunçunun vətənində hamı Ovedonun dünya çempionatında böyük ehtimal iştirak edə bilməyəcəyindən şoka düşüb. Uruqvay, İngiltərə və İtaliyadan olan utanmaz azarkeşlər isə buna çox sevinib.

Ovedonun əzablarına baxarkən dərhal buna oxşar hadisələr xatırlanır. Yəqin “Arsenal” azarkeşlərinin yaddaşından Eduard da Silvanın zədələndiyi epizod hələ də silinməyib. 2008-ci ildə “Birmingem”in oyunçusu Martin Teylor sərt oyunu ilə braziliyalının az qala ayağını qopardacaqdı. Eduard sağalmasına bir ilini sərf etdi və bir müddətdən sonra Xorvatiya yığmasının oyunçusu Dario Srnanın oynadığı “Şaxtyor” klubuna getdi. İndiyədək hər ikisi Donetskdədi.

Devid Basstan

İngilis futbolunun yaşlı azarkeşləri 96-cı ildə “Koventri” klubunun müdafiəçisi Devid Basstanın başına gələn əsl faciəni yaxşı xatırlayırlar. Devid “Mançester Yunayted”ə qarşı oyunda “qırmızı şeytan”ların oyunçuları İrvan və Makklerlə uğursuz toqquşmadan sonra bir an içərisində aşağı və yuxarı bud sümüklərini sındırıb. Meydandan Basstanın aparılması və yaşıl otun qandan təmizlənməsi üçün su və torpaqdan istifadə etməklə, oyun 9 dəqiqə dayandırılmışdı. Meydanda olan oyunçular gördüklərindən o qədər heyrətə gəlmişdilər ki, sonradan psixoloqa müraciət ediblər. Amputasiya riski ehtimalı çox olan 26 yaşlı bədbəxt futbolçu əməliyyat keçirməli oldu. Aydın məsələdir ki, Basst cəhd göstərsə də, bir daha peşəkar futbola qayıtmadı. Uğursuz matçdan bir il sonra rəqiblər 97-ci ildə görüşərək onun vida oyununu keçirdilər.

Lyuk Nils

2000-ci il, yenidən İngiltərə. Belçikalı Lyuk Nils bir neçə il əvvəl “PSV Eyndhoven” üçün müntəzəm qollar vurardı və iki dəfə Hollandiya çempionatının ən yaxşı hücumçusu olmuşdu Belə ki, daha da irəli gedərək “Aston Villa” klubuna keçdi. Birmingemlilərin liqa kuboku üçün “İspiviç”ə qarşı oynadığı qarşılaşmada qapıçı ilə toqquşaraq dizdən aşağı bütün nahiyələri xıncım-xıncım oldu. Üç əməliyyat və ayağı itirmək riski. Eyndhovendə birgə oynadığı Ronaldo Nilsi bu vaxta qədər rastlaşdığı ən yaxşı oyun yoldaşı adlandırıb. Rud Van Nisterloy da bu fikri dəstəkləyib. İndi isə belçikalı Şota Arveladzenin çalışdırdığı “Kasımpaşa”da köməkçi məşqçi işləyir.

Henrik Larsson

99-cu ilin payızında “Lion”a qarşı UEFA Kuboku matçında “Seltik”in forvardı Henrik Larsson ağır ikiqat sınıq aldı. Xoşbəxtlikdən isveçlinin zədəsi elə də qorxunc olmadı və artıq 8 aydan sonra Qlazqoda qollar vurmaqla azarkeşləri sevindirməkdə davam edirdi. Bir neçə ildən sonra “Mançester Yunayted”də göründü, sonra “Barselona”ya keçdi. Larsson karyerasını doğma Helsinborqda bitirdi.

Françesko Totti

2006-cı ilin fevralı Françesko Tottinin karyerası üçün qara oldu. “Empoli”yə qarşı matçda “Roma” klubunun kapitanı topuğunu və aşağı bud sümüyünü sındırdı. İlkin diaqnoz heç də yaxşı deyildi: həkimlər bildirirdilər ki, “imperator” futbola yalnız bir ildən sonra qayıda bilər. Lakin dünya çempionatına getmək arzusu və Marçello Lippinin inamı möcüzələr yaratdı. Totti ayağındakı metal plastinə baxmayaraq, Almaniyada yeddi matçda oynadı. Əfsanəvi romalı dünya kubokunu başı üzərinə qaldırarkən sevincdən işıq saçırdı.

Aaron Remzi

Dörd il bundan qabaq bugünkü “Arsenal”ın liderlərindən biri olan Aaron Remzi karyerasını bitirmək üzrə idi. Halbuki, o zaman onun 19 yaşı vardır. Təəccüblü deyil ki, hadisənin günahkarı “Stok Siti”nin oyunçusu Rayon Şoukross qırmızı vərəqə aldıqdan sonra meydanı göz yaşları içərisində tərk edib. Rentgensiz də məlum idi: uelsli oyunçunun hər iki bud sümüyü sınıb. Cavan orqanizm naminə 8 aydan sonra sağalan Remzi yenidən meydanlara qayıtdı.

Martin Vasilevski

2009-cu ildə “Anderlext”li Martin Vasilevskinin bəxti gətirmədi. “Standart”la prinsipial qarşıdurmada keçmiş “zenitçi”nin lejli Aleksey Vitselə qarşı əsəbləri tab gətirmədi. O, topa çatmırdı, lakin nə səbəbdənsə rəqibinin üzərindən də hoppanıb keçə bilmədi. Nəticədə polyak ikiqat açıq sınıq zədəsi aldı.

Cibril Sisse

Cibril Sisseni ağır zədələr üzrə hazırki “çempion” adlandırmaq olar. Yəqin kimisə məşhur fransızın “Kuban” üçün az qol vurması özündən çıxardırdı. Lakin forvardın xəstəlik tarixçəsinə nəzər salsaq, əksinə, onun necə oynaya bilməsi bizi heyran qoymalıdır.

Qeyri-adi hücumçu ilk dəfə 2004-cü ildə sınıq zədəsi alıb. “Blekbern”in müdafiəçisi Ceyms Makivli topu ondan almağa cəhd göstərərkən dəhşətli ehtiyatsızlığa yol verdi. Yuxarı və aşağı bud sümüklərinin sınığı ilə Sissedə qan dövranı pozğunluğu yaranmış və nəticədə ayağını itirmək təhlükəsi ilə üzləşmişdi.

Fransız kifayət qədər tez bir zamanda əvvəlki durumuna qayıda bildi. Ümumiyyətlə, 2005-ci ildə “Milan”a qarşı Çempionlar Liqasının əfsanəvi finalında “Liverpul”a kömək edərək qələbəni təmin etmiş sonradan isə ÇSKA-ın qapısına iki qol vuraraq “qırmızılara” UEFA-nın superkubokunu qazandırmışdı. Qollardan biri əlbəttə ki, əllə vurulub, lakin bu artıq başqa mövzudur.

Və Sisse plana uyğun surətdə 2006-cı ilin dünya çempionatına hazırlaşan zaman yeni bədbəxt hadisə baş verdi. Çinlə yoldaşlıq görüşünün 10-cu dəqiqəsində ağ saqqalı hücumçu yenidən açıq sınıq zədəsi ilə qarşılaşdı. Bu zədədən sonra o əvvəlki səviyyəsinə çıxmadı. Lakin Yunanıstan çempionatında “Panatinaikos”un heyətində iki dəfə ən yaxşı hücumçu adını qazanması fədakarlıq deyilmi?

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR