Madridin bir tərəfi güldü, bir tərəfi “ağladı”, Mançesterin hər iki tərəfi...
Bizi izləyin

İdman

Madridin bir tərəfi güldü, bir tərəfi “ağladı”, Mançesterin hər iki tərəfi...

İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun mərkəzi oyunu “Old Trafford”da baş tutub. “Mançester Yunayted” dogma meydanda “Sautqempton”a məğlub olaraq, azarkeşlərini məyus edib.

Digər Mançester nəhəngi də turu xal itkisiylə başa vurub. “Mançester Siti” səfərdə “Everton”la xalları yarı bölüb.

İtaliya A seriyasında 18-ci tur Roma derbisiylə əlamətdar olub. Gözlənildiyi kimi “Derbi della Kapitale” məhsuldar və dramatik alınıb. İlk hissədə hesabda iki top fərqiylə geri düşən “Roma” fasilədən sonra Tottinin dublu sayəsində məğlubiyyətdən qaça bilib. “Latsio” qələbəni əldən verməklə yanaşı, “canavarlar”a yaxınlaşmaq şansını qaçırdıb.

Turun digər maraqlı qarşılaşması Neapolda baş tutub. A seriyasının lideri “Yuventus” “Napoli”nin qonağı olub, amma özünü qonaq kimi aparmayıb.

İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib. Bu turda iki Madrid - Kataloniya derbisi baş tutub. “Real” “Espanyol”u, “Barselona” “Atletiko”nu sınağa çəkib. Hər iki qarşılaşmada meydan sahibləri qalib gəlib. Birində madridlilər sevinib, birində isə kataloniyalılar.

Fransa Liqa 1-ində 20-ci turun oyunlarına yekun vurulub. Uzun fasilədən sonra turnir cədvəlinin zirvəsində dəyişiklik müşahidə olunub. “Marsel”in məğlubiyyətindən yararlanan “Lion” 1-ci pilləyə yüksəlib. PSJ də turu məğlubiyyətlə başa vurub.

Premyer Liqa, 21-ci tur

10 yanvar

Sanderlend - Liverpul 0:1

Markoviç, 9.

Bernli - KPR 2:1

Arfild, 12. İnqs, 37 - Ostin, 33-p.

Çelsi - Nyukasl 2:0

Oskar, 43. Dieqo Kosta, 59.

Everton - Mançester S 1:1

Naysmit, 78 - Fernandinyo, 74.

Lester - Aston Villa 1:0

Konçeski, 46.

Suonsi - Vest Hem 1:1

Nobl, 74-a/q - Kerrol, 43.

Vest Bromviç - Hall Siti 1:0

Berainyo, 78.

Kristal Pelas - Tottenhem 2:1

Qayl, 68-p. Punçeon, 80-p - Kane, 49.

11 yanvar

Arsenal - Stok Siti 3:0

Koselni, 6. Aleksis Sançes, 34; 49.

Mançester Y - Sautqempton 0:1

Tadiç, 69.

A seriyası, 18-ci tur

10 yanvar

Sassuolo - Udineze 1:1

Zaza, 14 - Terau, 24.

Torino - Milan 1:1

Qlik, 81 - Menes, 3-p.

11 yanvar

İnter - Cenoa 3:1

Palasio, 12. İkardi, 39. Vidiç, 88 - İzzo, 85.

Roma - Latsio 2:2

Totti, 48; 64 - Mauri, 25 Anderson, 29.

Atalanta - Kyevo 1:1

Zappakosta, 72 - Lazareviç, 90.

Kalyari - Çezena 2:1

Pedro, 11. Donsa, 27 - Brienza, 89.

Fiorentina - Palermo 4:3

Pasqual, 20. Basanta, 5. Kuadrado, 64. Xoakin, 74 - Kuayson, 59; 61. Belotti, 81-p.

Sampdoriya - Empoli 1:0

Eder, 49.

Verona - Parma 3:1

Sala, 39. Toni, 72. Valoti, 91 - Lodi, 63.

Napoli - Yuventus 1:3

Britos, 64 - Poqba, 29. Kaseres, 69. Vidal, 94.

İspaniya La Liqası, 18-ci tur

9 yanvar

Levante - Deportivo 0:0

10 yanvar

Real - Espanyol 3:0

Xese Rodriqes, 12. Beyl, 28. Naço, 77.

Malaqa - Vilyarreal 1:1

Amrabat, 60 - Dos Santos, 46.

Selta - Valensiya 1:1

Orelyana, 61 - Rodriqo, 44.

Eybar - Xetafe 2:1

Manu, 33. Kapa, 51 - Kastro, 80.

11 yanvar

Almeriya - Sevilya 0:2

İborra, 58. Koke, 63.

Atletik - Elçe 1:2

San Xose, 73 - Rodriqes, 17. Fayr, 53.

Qranada - Real Sosyedad 1:1

Fran Riko, 79-p - Vela, 36-p.

Barselona - Atletiko 3:1

Neymar, 12. Suares, 35. Messi, 87 - Macukiç, 57-p.

“Rayo Valyekano” - “Kordoba” oyunu bu gün keçiriləcək.

Fransa Liqa 1, 20-ci tur

9 yanvar

Monpelye - Marsel 2:1

Beriqaud, 36. Lasne, 62 - Omrani, 68.

10 yanvar

Bastiya - PSJ 4:2

Budebuz, 32-p. Modestro, 45. Palmyeri, 56; 89 - Lukas, 10. Rabiot, 20.

Evyan - Renn 1:1

Tomasson, 63 - Ntep, 66.

Genqam - Lans 2:0

Mandanne, 17. Bovyu, 76.

Lill - Kan 1:0

Frey, 20.

Nitsa - Loryan 3:1

Bautek, 29-p. Bosetti, 60. Eduardo, 67 - Cennot, 6.

Reyms - Sent-Etyen 1:2

Kurtet, 90-a/q - Mollo, 44. Hamuma, 48.

11 yanvar

Lion - Tuluza 3:0

Lakazette, 15; 27. Fekir, 49.

Nant - Mets 0:0

Monako - Bordo 0:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm