• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yeni ilin ilk turniri başa çatdı - Beşinci olduq

  • İdman
  • 12 Yanvar 2015 13:13
  • 346 Baxış
Yeni ilin ilk turniri başa çatdı - Beşinci olduq

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə dünən yekun vurulub.

Publika.az xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın qalibi Rusiya millisi olub.

Şimal qonşularımız gərgin keçən final matçında Cənubi Koreyaya qalib gəlib - 2:1. Üçüncü yer uğrunda keçirilən görüşdə isə Sloveniyayla Sankt-Peterburq komandası üz-üzə gəlib. Sloveniyalılar azlıqda qalmalarına rəğmən, qələbə qazanmağı bacarıblar - 1:0.

Azərbaycan yığması isə turniri beşinci sırada başa vurub. Komandamız Belarusa penaltilər seriyasında qalib gəlməklə bu nəticəyə nail olub.

Valentin Qranatkin turniri

11 yanvar

Final

Rusiya - Cənubi Koreya 2:1

Obolski, 78. Proniçev, 90 - Kanq, 33.

Üçüncü yer uğrunda oyun

Sloveniya - Sankt-Peterburq 1:0

Ömeroviç, 47.

Beşinci yer uğrunda oyun

Belarus - Azərbaycan 1:1 p-4:5

Roman Yuzelçuk, 67 - İlkin Sadıqov, 22-p.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR