• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanı heyrətə salan qadın ayda cəmisi 800 avro qazanır - VİDEO

  • İdman
  • 12 Yanvar 2015 17:21
  • 586 Baxış
Dünyanı heyrətə salan qadın ayda cəmisi 800 avro qazanır - VİDEO

Bu gün Sürixdə ilin ən yaxşıları mükafatlandırılacaq.

Publika.az xəbər verir ki, tarixdə ilk dəfə olaraq ilin ən yaxşı qolu üçün verilən “Ferens Puşkaş” mükafatını qadın futbolçu ala bilər. Xames Rodriges və Robin Van Persi ilə yanaşı, İrlandiyanın “Pimanut Yunayted” klubunun 25 yaşlı hücumçusu Stefani Rouç da mükafata iddialıdır.

Xanım futbolçu vurduğu qolun mükafata iddialı olmasına münasibət bildirib. Karyerasından, 3 milyondan çox insanın izlədiyi qoldan və aldığı məvacibdən danışıb. Onun müsahibəsindən ən maraqlı açıqlamaları təqdim edirik.

  • Sadəcə, fantastikadır! Bu, özü bir möcüzədir ki, qolun çəkilişi var. Həmin oyunda rəqibimiz “Beksford”un baş məşqçisi olmasaydı, indi bu qolun videogörüntüsü də olmazdı və onu heç kim görməzdi. Təbii ki, həmin vaxt tribunada olan 95 nəfərdən başqa. Açığı, mən özüm də təsəvvür edə bilməzdim ki, belə gözəl qol alınacaq. Həmin anda sadəcə onda xoşbəxt idim ki, top qapıya uçdu, künc bayrağına tərəf yox. Bu, mənim mövsümdə ilk qolum idi. Oyundan sonra “Beksford”un məşqçisi noutbukla mənə yaxınlaşıb qolun təkrarını göstərdi.
  • Komanda yoldaşlarım mənimlə zarafatlaşdılar: “Videonu sosial şəbəkədə yerləşdir, məşhur olacaqsan”. Nəticədə məşqçim Aylin Qlison videonu yerləşdirdi. Yadımdadır, roliki 10 min nəfər izləyəndə necə sevinirdim. Onda mənə elə gəlirdi ki, bu, meqauğurdu. Ancaq bir neçə həftə sonra videoya daha yüz min dəfə baxdılar. İnanılmazdır. Sonra isə FİFA onu ən gözəl 10 qolun sırasına daxil etdi. Bundan sonrakı bir-iki gün ərzində o qədər müsahibə verdim ki, heç bütün ömrüm boyu bu qədər müsahibə verməmişdim. Bu günlərdə Yan Rayt (“Arsenal”ın əfsanəvi hücumçu) zəng etmişdi. Dedi ki, sənin qolun həyatımda gördüyüm ən gözəl qollardan biridi. Təsəvvür edirsiniz?
  • Mən hətta belə reaksiya barədə arzulaya da bilməzdim. Blan mənə dedi ki, belə qolu qadınların Çempionlar Liqasının finalında və ya 100 minlik auditoriyanın qarşısında vursaydın, ajiotaj daha böyük olardı. Bu yaxınlarda məşqimizə Fransa telekanalının əməkdaşları gəlmişdi. Məndən həmin zərbəni təkrarlamağı xahiş etdilər. İlk zərbələr uğursuz oldu. Amma sonradan nəsə ona oxşar bir zərbə alındı.
  • Bu mövsümdən etibarən Fransada “Albi” komandasında çıxış edəcəm. Təbii ki, bu, mənim üçün irəli atılmış addımdı. Fransa liqası İrlandiya çempionatından güclüdü. Vurduğum qolun ətrafında səs-küy olmasaydı, çətin ki, hansısa Avropa komandası mənə maraq göstərərdi. “Albi”də ayda 800 avro alacam. Bundan başqa, klub mənə mənzil də kirayələyəcək. Narazılıq etmirəm. İrlandiyada bundan da az alırdım.
  • Rodriges və Van Persi bizdən 100 dəfə artıq məvacib alırsa, biz buna neynəyə bilərik? İnanmaq istəyirəm ki, mənim qolum insanların düşüncəsini dəyişəcək. Sübut etdim ki, təkcə kişilər yox, qadınlar da gözəl qollar vura bilər. Armstronqun sözlərini bir az dəyişdirsək belə demək olar: “Bu qol insan üçün kiçik bir addım, amma qadın futbolu üçün böyük sıçrayışdır”.

Faktlar və rəqəmlər

Rouçun qoluna “Youtube”da 3,48 milyon baxış olub. FİFA ən yaxşı 3 qolu elan edərkən, İrlandiyada əsl bum yaşandı. Həmin gün FİFA-nın saytında “Qızıl top” bölməsinə girənlərin 15 faizi İrlandiya İP ünvanından olmuşdu.

Rouç 2011/12 mövsümündə İrlandiya çempionatının bombardiri olmuşdu -26 qol. O, İrlandiya yığmasında keçirdiyi 29 oyunda 5 qol vurub.

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR