Messi təslim oldu
Bizi izləyin

İdman

Messi təslim oldu

Son vaxtlar mətbuatın gündəminə daha çox baş məşqçiylə aralarında yaşanan qalmaqalla düşən “Barselona”nın lideri Lionel Messi “Qızıl top”la bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, üç namizəddən biri olan argentinalı futbolçu mükafatdan əlini üzmüş kimi danışıb:

“Reallığı qəbul etmək lazımdır. Bu dəfə “Qızıl top”u almaq mənə çətin olacaq. Mən sadəcə təqdimat mərasimindən həzz almağa çalışacam. Həm Ronaldo, həm də Noyer 2014-cü ili fantastik keçirib. Biri İspaniya kuboku və Çempionlar Liqasını qazanıb, həmçinin xeyli qol vurub, digəri isə ilboyu sabit çıxış edərək dünya çempionu olub”.

Bu açıqlamayla Leo mükafatın ona çatmayacağıyla barışdığını etiraf edib.

Xatırladaq ki, “Qızıl top”un yeni sahibinin adı bu gün saat 20:00-da açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm