• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qızıl top” Ronaldoda qaldı

  • İdman
  • 12 Yanvar 2015 18:32
  • 528 Baxış
“Qızıl top” Ronaldoda qaldı

Portuqaliyalı Kriştiano Ronaldo ardıcıl 2-ci, karyerasında isə 3-cü dəfə "qızıl top"a sahib olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya KİV-inə FİFA-dakı mənbədən məlumat sızıb. Səsvermənin nəticələrinə görə, Ronaldo 37,66 faiz səs toplayıb. Messi - 15,76, Noyer - 15,72 faiz səs qazanıb. Səsvermədə yığma komandaların 181 məşqçisi, 182 kapitanı, həmçinin 181 KİV nümayəndəsi iştirak edib.

Rəsmi məlumat bu gecə Sürixdə keçiriləcək mərasimdə elan olunacaq.

Ötən ilin yekunlarına görə "qızıl top" Kriştiano Ronaldoya təqdim olunmuşdu. Buna qədər mükafatı dörd dəfə ardıcıl Messi almışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR