İdman
2014-cü ilin laureatları - Ronaldo, Kessler, Löv, Xames Rodriges
Ötən illə bağlı müəmmalı qalan sonuncu mükafat da sahibinə çatdı.
Publika.az xəbər verir ki, bu gün Bakı vaxtilə saat 21:30-da
İsveçrənin Sürix şəhərində “Konqress Holl”da “Qızıl top”un və
2014-cü ilin bir çox laureatlarına mükafatların təqdimat mərasimi
keçirildi.
Qala-gecənin başlamasına bir saat qalmış qonaqların möhtəşəm saraya
təşrif buyurmağa başlayıb. “Qızıl top”a namizədlərdən biri
Kriştiano Ronaldonun məkana tez təşrif buyurması artıq müəyyən
spekuliyasiyalara yol açmışdı. Azarkeş izdihamıyla qarşılaşan
portuqaliyalı futbolçu pərəstişkarlarını qırmayaraq, gücü çatan
qədər avtoqraf verdi və fanatların bəziləriylə “selfi” də
çəkdirdi.
Ardınca digər qonaqlar da yavaş-yavaş qala-gecəyə təşrif buyurdu.
Mərasimin aparıcısı Keyt Abdo qonaqları salamladıqdan sonra FİFA
prezidenti Yozef Blatter futbolun inkişafından danışdı
və...
Nəhayət, seçimlər başladı. İlk mükafatı Almaniya millisinin və
“Bavariya”nın qapıçısı Manuel Noyer aldı. O, 2014-cü ilin ən yaxşı
qapıçısı elan edildi. Ardınca “ilin ən yaxşı futbolçusu” adına
namizəd həm kişilər, həm də qadınlar təqdim olundu. Sonra isə
2014-cü ilin rəmzi yığması açıqlandı.
Daha sonra sırasıyla bütün nominasiyalar üzrə mükafatlar
sahiblərinə təqdim olundu.
İlin ən yaxşı qapıçısı: Manuel Noyer
İlin rəmzi yğması
Qapıçı: Manuel Noyer
Müdafiəçilər: Filip Lam, Serxio Ramos, David Luiz, Tyaqo
Silva
Yarımmüdafiəçilər: Anhel Di Mariya, Andres İnyesta, Toni
Kroos
Hücumçular: Lionel Messi, Kriştiano Ronaldo, Aryen
Robben
FİFA prezidenti mükafatı: Hiroşi Kaqava (yapon idman
jurnalisti)
İlin ən yaxşı baş məşqçisi (qadınlar): Ralf Kellerman
(Volfsburq)
İlin ən yaxşı baş məşqçisi (kişilər): Yoahim Löv
(Almaniya)
İlin ən yaxşı qolu (Ferens Puşkaş mükafatı): Xames Rodriges
(Kolumbiya, “Real”)
İlin ən yaxşı futbolçusu (qadınlar): Nadin Kessler
(Volfsburq)
İlin ən yaxşı futbolçusu (kişilər): Kriştiano Ronaldo
(Real)
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...