Fələstin tarixində bir ilk
Bizi izləyin

İdman

Fələstin tarixində bir ilk

Fələstin tarixində ilk dəfə olaraq dövlətin futbol üzrə yığma komandası beynəlxalq idman yarışında iştirak edib.

Publika.az-ın məlumatına görə, Avstraliyada keçirilən Asya kubokunun final mərhələsində fələstinlilər Yaponiya millisilə qarşılaşılaşaraq 0:4 hesabı ilə məğlub olublar.

Fələstin yığmasının müdafiəçisi Tamer Salah görüşdən sonra futbolçuların məğlubiyyətə görə kədərlənmədiyini bildirib. “Çünki onlar üçün bu yarışda iştirakın özü artıq böyük nailiyyətdir. Biz bütün dünyaya çatdırmaq istəyirik ki, fələstinlilər terrorçu deyil”, - Saleh əlavə edib.

D qrupunda Fələstin muxtariyyəti komandası İraq və İordaniya yığmaları ilə görüşməlidir.

Fələstin muxtariyyəti 1988-ci ildə müstəqilliyini elan etsə də, BMT-nin tamhüquqlu üzvü deyil və hələlik yalnız bir neçə ölkə tərəfindən tanınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm