Ronaldo, Neymar, Messi, Runi və İbrahimoviç kimə səs verib?
Bizi izləyin

İdman

Ronaldo, Neymar, Messi, Runi və İbrahimoviç kimə səs verib?

FİFA “Qızıl top”a namizədlər arasında keçirilən səsvermənin tam siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, “Qızıl top”a əsas namizədlər olan Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ilə Argentina millisinin kapitanı Lionel Messinin kimə səs verməsi maraq doğurub. Lionel Messi Anxel di Mariya, Andres İnyesta və Xavyer Maskeranoya səs verib.

Kriştiano Ronaldo isə birinci yeri Serxio Ramosa verib. Portuqaliyalı sonrakı yerlərdə Qaret Beyl və Kərim Benzemanın adını qeyd edib.

Məşhur futbolçuların bəzilərinin seçimini təqdim edirik:

Neymar, Braziliya millisinin kapitanı: Messi, Ronaldo, Maskerano

Ueyn Runi, İngiltərə yığmasının kapitanı: Ronaldo, Toni Kroos, Beyl

Bastian Şvaynştayger, Almaniya yığmasının kapitanı: Noyer, Filipp Lam, Tomas Müller

Canluici Buffon, İtaliya yığmasının kapitanı: Ronaldo, Messi, Noyer

İker Kasilyas, İspaniya yığmasının kapitanı: Ronaldo, Ramos, Müller

Zlatan İbrahimoviç, İsveç yığmasının kapitanı: Messi, Ronaldo, Noyer

Oxumağa davam et
Reklam
Reklam

Gündəm